EN

"Ukraynadakı münaqişə bu gün başa çatacaq"- Dmitri Qordon

"Ukraynadakı münaqişə avqustun 15-də başa çatacaq".

Missiya.Az "Gazete.ru"ya istinadən xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon telekanalların birində çıxışı zamanı deyib.

"Mən Vaşinqtondakı iki mənbəmlə danışdım. Hər ikisi müharibənin sabah bitəcəyini söylədi", - Qordon deyib. 

Onun sözlərinə görə, söhbət münaqişənin bitəcəyini proqnozlaşdıran “Vaşinqtonda çox yüksək vəzifəli şəxslərdən” gedir. Jurnalist belə bir inkişafa ümid etdiyini bildirib. 

Xatırladaq ki, avqustun 15-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada danışıqlar aparacaq. Görüşün əsas mövzu Ukraynada sülhdür. 

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
21
1
missiya.az

10Sources