EN

Türkiyədə portağal və mandarin istehsalının 30-50% azalacağı gözlənilir

Türkiyədə yazda baş verən don, inkişaf dövründə quraqlıq və meyvələrin yetişmə mərhələsində yüksək temperatur portağal və mandarin (naringi) ağaclarına ciddi zərər vurub. Nəticədə böyük məhsul itkisi və qiymətlərin daha yüksək olacağı gözlənilir.

Marja xəbər verir ki, Türkiyədə portağal və mandarin istehsalında 30-50% civarında məhsul itkisi proqnozlaşdırılır. Limonda isə zərərin təxminən yarı yarıya olacağı gözlənilir. 

İqlim şəraiti ilə bağlı problemlər bu il bir çox məhsullarda itkiyə səbəb olub. Türkiyədə aprel ayında yağan qar və ani soyuq hava bir çox bölgədə don ilə nəticələnib. Çiçək açmış meyvə ağacları ciddi itkilərə məruz qalıb. Ardınca davam edən quraqlıq və yüksək temperatur məhsullarda itkilərə səbəb olub və keyfiyyəti aşağı salıb. Qış mövsümündə xüsusilə portağal və mandarin qiymətlərinin yüksək və məhsulun keyfiyyətinin aşağı olacağı proqnozlaşdırılır.

narıncı meyvələri portağal mandalin limon məhsul itkisi don quraqlıq yüksək temperatur meyvə qiymətləri meyvələr kənd təsərrüfatı meyvə məhsulları iqlim dəyişiklikləri məhsul zərəri
Chosen
48
marja.az

1Sources