EN

Azərbaycan iqtisadiyyatına xarici və özəl investisiyalar – Yanvar-İyun 2025

Finss.az - Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatının əsas kapitalına yatırılan xarici investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 28,6% artaraq, 2 milyard manatı ötüb.

Özəl investisiyaların həcmi birinci yarıda 16,5% artaraq 4,1 milyard manat təşkil edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 27,8% artaraq 2,2 milyard manata yaxın olub.

Ümumilikdə, cari ilin birinci yarısında ölkə iqtisadiyyatının kreditləşdirilməsi 12%-dən çox artaraq 30,2 milyard manatı ötüb.

"Aparılan məqsədyönlü iqtisadi islahatlar, əlverişli hüquqi və institusional mühitin formalaşdırılması nəticəsində Azərbaycanın investisiya cəlbediciliyi, o cümlədən xarici və yerli investorların marağı artmaqda davam edir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi strategiyanın nəticələri "Moody's" və "Fitch Ratings" kimi beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da öz təsdiqini tapır."

Müəllif: Fuad Mədətov

Əlavə bax: 15 avqust 2025 valyuta məzənnələri – Dollar sabit qaldı, avro və rubl ucuzlaşdı

Chosen
0
fins.az

1Sources