BAKI, 15 avqust. TELEQRAF
“Xarici ölkələrin müdaxiləsi Cənubi Qafqazda davamlı təhlükəsizliyə töhfə vermir”.
Teleqraf xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmmədrza Ariff Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına münasibət bildirərkən deyib.
“İran regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayıb və ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı sarsılmaz mövqeyini bəyan etməklə yanaşı, xarici dövlətlərin regionun işlərinə müdaxiləsinin davamlı təhlükəsizliyə töhfə verməyəcəyinə inanır”, - İran rəsmisi bildirib.