EN

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında görüş keçirilib

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvlərindən olan Mehrab Abdurahmanov Nəhməd oğlunun 70 illik və Qəribxan Səfərov Mirələm oğlunun 75 illik yubileyləri münasibətilə görüş keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov yubilyarları təbrik edərək onlara möhkəm cansağlığı, uzunömür, səadət dolu günlər arzulayıb.

Yubilyarlar Mehrab Abdurahmanov və Qəribxan Səfərov göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmalarının onlar üçün böyük qürur olduğunu söyləyiblər.

Partiya veteranları Mehrab Abdurahmanov və Qəribxan Səfərova uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştiraklarına görə YAP Kürdəmir rayon təşkilatının rəhbərliyi tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
0
sesqazeti.az

1Sources