EN

"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bu 3 səhv sizi peşman edəcək

Kibertəhlükəsizlik mütəxəssisləri son günlər “WhatsApp” hesab oğurluqlarının artdığını bildirərək istifadəçilərə ciddi xəbərdarlıq ediblər.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qaydalara əməl etməyənlər hesablarının kibercinayətkarlar tərəfindən ələ keçirilmə riski ilə üzləşirlər.

Ən çox rast gəlinən təhlükə 6 rəqəmli doğrulama kodunun paylaşılmasıdır. Bu kodun başqalarına verilməsi hesabın dərhal ələ keçirilməsinə səbəb ola bilər. Mütəxəssislər həmçinin iki addımlı doğrulamanın aktiv edilməsini məsləhət görürlər ki, bu da əlavə təhlükəsizlik yolunu təmin edir.

Son vaxtlar “Salam ana” və “Ata salam” tipli mesajlarla edilən fırıldaqlar da yayılıb. Bu üsulla təcili pul ehtiyacı bəhanəsi ilə istifadəçilər aldadılır. Belə hallarda qarşı tərəflə birbaşa telefonla əlaqə saxlamaq tövsiyə olunur.

Chosen
6
2
publika.az

3Sources