EN

Gənc qızların sağlam gələcəyi düzgün qidalanma, gigiyena və profilaktik müayinələrdən başlayır - SN (FOTO)

Bakı. Trend:

Mama-ginekoloq Kəmalə Əfəndiyeva Nazirliyin rəsmi saytınamüsahibə verib.

Trendhəmin müsahibəni təqdim edir:

- Kəmalə xanım, niyə qız uşaqlarında sağlamlıq vərdişləri erkənyaşlardan formalaşdırılmalıdır?

- Qız uşaqlarının sağlam inkişafı cəmiyyətin gələcəyi üçün mühüməhəmiyyət daşıyır. Cinsi yetkinlik dövrü başlayandan etibarənorqanizmdə baş verən bioloji, psixoloji və hormonal dəyişiklikləronların gələcək sağlamlığına bilavasitə təsir göstərir. Bu dövrdəqızlar bədənlərini tanımağa başlayır, özlərini və ətraf aləmifərqli gözlə görürlər. Bu mərhələdə düzgün istiqamətləndirilmə vətibb mütəxəssislərinin maarifləndirici dəstəyi onların bədənlərinəqarşı məsuliyyətli münasibət formalaşdırmasına yardım edir. Erkənyaşlardan mütəmadi tibbi müayinələrin başlanması, düzgün gigiyenikvərdişlərin öyrədilməsi və emosional dayaq göstərilməsi, qadınınhəyat boyu fiziki və psixoloji sağlamlığını gücləndirən əsasamillərdəndir.

- Yeniyetmə dövründə menstruasiyanın əsasə əlamətkəri necəolmalıdır və hansı hallar həkimə müraciət tələb edir?

- Adətən menstruasiya 11-14 yaş arasında başlayır və ilk birneçə ildə qeyri-müntəzəm ola bilər. Bu, bədənin yeni hormonal ritməuyğunlaşması ilə izah olunur. Lakin əgər menstruasiya 16 yaşa qədərbaşlamayıbsa, bu artıq həkim müdaxiləsi tələb edən vəziyyətdir.Eyni zamanda, 6 aydan uzun fasilə, çox güclü və ağrılı qanaxmalar,həmçinin menstruasiya zamanı huş və ya iş qabiliyyətinin tam itməsikimi hallar ciddi ginekoloji və endokrinoloji problemlərin əlamətiola bilər.
Bu dövrdə aparılan sadə müayinələr – ultrasəs və qan testləri iləyumurtalıq funksiyası, hormon səviyyələri və daxili cinsiyyətorqanlarının inkişaf vəziyyətini qiymətləndirmək mümkündür.

- Doktor, nə kimi hormonal dəyişikliklər gənc qızlarda sağlamlıqproblemlərinə səbəb ola bilər?

- Yeniyetməlik dövründə hormonal sistemin aktivləşməsi bəzənbalanssızlıqla müşahidə olunur. Bu zaman dəridə sızanaqlarınçoxalması, aybaşı pozğunluqları, tərləmənin artması, təkrarlananbaş ağrıları, emosional dalğalanmalar və bədəndə arzuolunmaz tükartımı ilə rastlaşmaq olar. Bu hallar polikistik yumurtalıqsindromu (PKYS), qalxanabənzər vəzin pozğunluqları, prolaktinhormonunun artması və ya insulin dirənci kimi vəziyyətlərin əlamətiola bilər. Bu cür problemlər nə qədər tez aşkarlanarsa, gələcəkdəsonsuzluq, piylənmə və metabolik sindrom kimi ağır nəticələrinqarşısını almaq bir o qədər mümkün olar.
Hormonal balansın qorunması həm reproduktiv sağlamlıq, həm də ümumihəyat keyfiyyəti üçün əsasdır.

- Gənc yaşda infeksiyalardan necə qorunmalı və şəxsi gigiyenadanələrə diqqət yetirilməlidir?

- İnfeksiyalar gənc yaşda immun sistemi hələ tam formalaşmadığıüçün daha asan baş verir. Xüsusilə düzgün gigiyenik vərdişlərinolmaması, sintetik alt paltarları, çox dar geyimlər, uyğun olmayanyuyunma vasitələri və ictimai yerlərdə gigiyena qaydalarına riayətedilməməsi infeksion riskləri artırır.
Qız uşaqlarına erkən yaşlardan düzgün şəxsi gigiyena qaydalarına,menstruasiya zamanı gigiyenik vasitələrin vaxtında dəyişdirilməsivə şəxsi əşyaların paylaşılmaması aşılanmalıdır. Cinsi aktivlikbaşlayandan etibarən isə qorunmasız əlaqələrdən uzaq durmaq,müntəzəm yoxlamalar və lazım gəldikdə vaksinasiya – məsələn, HPVpeyvəndi – gələcəkdə ciddi xəstəliklərdən qorunmağa kömək edir.

- Psixoloji gərginlik və bədənlə bağlı komplekslər qızlarda necəaradan qaldırılmalıdır?

- Gənc yaşda bədəndəki dəyişikliklər – süd vəzlərinin böyüməsi,çəki artımı, dəridə dəyişikliklər – bəzən qızlarda utanma,narahatlıq və özgüvən əskikliyi ilə müşayiət olunur. Buradaailənin, müəllimlərin və həkimlərin dəstəyi çox vacibdir.
Onlara bədənlərinin fərqli, gözəl və dəyərli olduğunu izah etmək,psixoloji dəstək vermək və ehtiyac olduqda psixoloqla işləməkgələcəkdə depressiya və psixosomatik xəstəliklərin qarşısını alabilər. Sağlam psixoloji inkişaf - sağlam fiziki inkişafınzəminidir.

- Gənclik dövründə düzgün qidalanma və fiziki aktivlik niyəönəmlidir?

- Sağlam və balanslı qidalanma qızların hormonal tarazlığının vəsümük inkişafının qorunması üçün əsas amildir. Gənc qızlarınrasionunda zülallar, kalsium, D vitamini, dəmir və liflə zənginməhsullar üstünlük təşkil etməlidir. Eyni zamanda, qazlı içkilər vəyüksək şəkərli məhsullardan uzaq durmaq tövsiyə olunur.
Fiziki hərəkətsizlik piylənmə riskini artırır. Bu isə, öznövbəsində, menstruasiya pozğunluqları, PKYS və gələcəkdəürək-damar xəstəliklərinə yol aça bilər. Hər gün orta intensivlikdəfiziki aktivlik – gəzinti, üzgüçülük, rəqs və ya idman – həm bədənimöhkəmləndirir, həm də psixoloji rahatlıq yaradır.

- Profilaktik ginekoloji müayinələrə nə vaxt başlamaqlazımdır?

- Profilaktik ginekoloji baxış cinsi aktivlik başlamadan öncə dəhəyata keçirilə bilər. 13-15 yaşından etibarən, fizikidəyişikliklər varsa, ilk mama-ginekoloq müayinəsi tövsiyəolunur.
Bu müayinə adətən invaziv deyil, sadə sorğu, fiziki müayinə vəultrasəs ilə aparılır. Gənc qız bu prosesdə sakitləşdirilir, onabaş verən dəyişikliklər izah olunur və bədənini qorumağın yollarıöyrədilir. Profilaktik baxışlar zamanı bəzən gizli yumurtalıqkistaları, uşaqlıq anomaliyaları və ya hormon çatışmazlıqları erkənaşkarlanaraq müalicəyə başlanılır.
Beləliklə, həm psixoloji, həm də reproduktiv sağlamlıq üçüngələcəkdə risklər minimuma endirilir.

- Ailə, məktəb və cəmiyyət gənc qızların sağlamlığına necədəstək ola bilər?

- Qız uşaqlarının sağlamlığı ailədən və məktəbdən başlayır.Analar və müəllimlər gənc qızlara sağlam bədən, gigiyena, düzgünqidalanma və emosional dəstək mövzularında açıq şəkildə danışmağıbacarmalıdırlar. Cinsi tərbiyə və ginekoloji maarifləndirmə normalhəyatın tərkib hissəsi olmalıdır.
Eyni zamanda, sağlam və ya inkişaf qüsurlu uşaq dünyaya gətirənanaların da bu sahədə düzgün məlumatlandırılması vacib məsələdir.Bəzən genetik meyllilik, hamiləlik zamanı düzgün nəzarətinaparılmaması və ya ana sağlamlığının yetərincə qorunmamasınəticəsində uşaqlarda müxtəlif inkişaf problemləri müşahidə olunabilər. Belə halların qarşısını almaq və gələcək hamiləliklərdəriskləri azaltmaq üçün qadınlara zamanında genetika, qidalanma,vitamin dəstəyi və ginekoloji nəzarətlə bağlı maarifləndiriciməlumatlar verilməlidir.
Qız uşaqlarının maarifləndirilməsi təkcə onların şəxsi sağlamlığınıdeyil, eyni zamanda gələcək anaların və bütöv cəmiyyətinsağlamlığını müəyyən edir.
Sonda qeyd etmək istərdim ki, gənclikdə atılan hər addım qadınsağlamlığının təməlini qoyur. Bu, istər düzgün qidalanma, istərgigiyenik qaydalara riayət, istərsə də tibbi nəzarət altında olmaq– qadının gələcək sağlamlığı üçün təməl rolunu oynayır.
Mama-ginekoloq olaraq tövsiyəmiz odur ki, gənc qızlarımıza yalnızxəstəlik hallarında deyil, sağlam olduqları zaman da bədənlərinitanımağı, sevməyi və qorumağı öyrədək. Beləliklə, həm sağlamanalar, həm də sağlam cəmiyyət yetişdirə bilərik.

Gənc
Gənc
Chosen
68
50
az.trend.az

10Sources