EN

PFL niyə təqvimin tam variantını təqdim etmir? - açıqlandı

Bu gün Misli premyer-liqasında yeni mövsüm start götürəcək. Püşk hələ iyulun 19-da atılsa da, hələ də tam təqvim və 3-cü dövrənin oyunlarında hansı komandaların ev sahibi olacağı bəlli deyil.

Problemin səbəbini öyrənmək üçün PFL-in Media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:
“2-ci və 3-cü turun təqvimi bəllidi, artıq sayta qoyulub. Püşkatmada monitorda bütün oyunlar göstərilmişdi. Ona uyğun xırda əlavələr olacaq. Qalan hər şey olduğu kimidi. Monitorda olanlar öz qüvvəsində qalacaq. Kiçik dəqiqləşdirmələrdən sonra tam variant sayta da qoyulacaq”.
MÜZƏFFƏR QULUZADƏ
Chosen
17
1
football-plus.az

2Sources