Bu barədə sosial şəbəkə kanallarında video paylaşılıb. Sergey Lavrov əynində həmin sviterlə maşından düşərək hotel binasına girərkən jurnalistlər onu qarşılayıb.
Mətbuat nümayəndələri ondan Alyaskada əvvəllər gəlib-gəlmədiyini soruşublar. Nazir müsbət cavab verib.
Xatırladaq ki, bu gün Alyaska ştatının Ankoric şəhərində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşəcəklər. Bu, sabiq prezident Co Bayden ilə Vladimir Putin arasında 2021-ci ilin 16 iyununda İsveçrənin Cenevrə şəhərində aparılmış danışıqların ardınca ilk ABŞ-Rusiya liderlər sammiti kimi tarixə düşəcək. Vladimir Putin və Donald Tramp isə axırıncı dəfə 28 iyun 2019-cu il tarixində Yaponiyanın Osaka şəhərində keçirilən "G20" sammitində görüşmüşdülər.
Firudin Həmidli
AzVision.az