EN

Ronaldo "Turan"dan danışdı

"İmişli"nin yeni transferi Ronaldo Rodriges Premyer Liqanın 1-ci turunda "Turan Tovuz"la keçiriləcək oyunla bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında deyib:

"Turan Tovuz"la oyun gərgin olacaq. Amma yaxşı çıxış etmək və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik.

Mən komandama inanıram. Ümid edirəm ki, çempionata yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".

Avqustun 16-da Şamaxı şəhər stadionunda keçiriləcək "İmişli" - "Turan Tovuz" oyunu saat 17:00-da başlayacaq.

Chosen
35
10
sportinfo.az

10Sources