EN

"Mançester Siti" norveçli futbolçunu icarəyə verdi

"Mançester Siti"nin yarımmüdafiəçisi Sverre Nypan karyerasını İngiltərənin digər klubu "Midlsbro"da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin transferi yaxın vaxtlarda rəsmiləşəcək. Klublar yalnız müqavilənin son detallarını razılaşdırmalıdırlar.

Xatırladaq ki, Nypan cari transfer pəncərəsində “şəhərlilər”in sıralarına qoşulub. Yarımmüdafiəçi Norveçin "Rusenborq" klubundan keçib. Müqavilə təxminən 15 milyon avro təşkil edib. 2025/2026 mövsümündə "Midlsbro" Çempionşipdə çıxış edəcək.

Chosen
3
90deqiqe.az

1Sources