EN

Duşan Vlahoviç Yuventus u tərk edə bilər

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Yuventus"un hücumçusu Duşan Vlahoviç "Nyukasl"ın diqqətini çəkib və yay "transfer pəncərəsi" bağlanmamış klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.  

Turin təmsilçisi yüksək maaş səbəbindən (ildə təxminən 12 milyon avro) serb futbolçunu satmağı düşünür. Eyni zamanda, baş məşqçi İqor Tudor futbolçunun klubda qalmasına qarşı deyil. Onun fikrincə serbiyalı futbolçu taktiki sxemə uyğun gəlir və paltardəyişmə otağında hörmətlə qarşılanır.

Qeyd edək ki, forvard ötən mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
sport24.az

1Sources