İstanbulun Bəyoğlu bələdiyyəsində korrupsiyaya qarşı keçirilən əməliyyatlar çərçivəsində 40 nəfərdən çox bələdiyyə işçisi saxlanılıb.
APA TRTHABER-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında bələdiyyə sədri İnan Güney də var.
Beləliklə, martın 19-dan bəri İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən 8 əməliyyat nəticəsində saxlanılanların sayı 316 nəfərə yüksəlib.