EN

Xaçmazda avtomobil təmiri müəssisəsinin rəhbəri bədbəxt hadisə nəticəsində ölüb

 

Xaçmazda kişini elektrik cərəyanı vuraraq öldürüb.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində baş verib.

Məlumata görə, 1966-cı il təvəllüdlü Daşdəmirov Şahid Qurban oğlu ona məxsus avtomobil təmiri müəssisəsinin üzərindən keçən internet naqillərin sallanaraq maşınların keçməsinə maneə yaratması səbəbindən kabeli əli ilə tutub yuxarı qaldırmaq istəyib.

Bu zaman onu elektrik vurub.

Ş.Daşdəmirov çoxsaylı xəsarətlərlə Xaçmaz RMX-na aparılsa da, orada ölüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
25
2
missiya.az

10Sources