EN

Qonşusunu nəvəsini söydüyü üçün döydü

Yazını böyüt
Yazını kiçilt

Bakıda 49 yaşlı kişi nəvəsini söyən qonşusunu döyüb.

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində baş verib. Qəsəbə sakini, 1976-cı il təvəllüdlü İlqar Aslanov (ad və soyad şərtidir) işdən evə gələrkən azyaşlı nəvəsinin ağladığını görür. Səbəbi ilə maraqlananda nəvəsi bildirir ki, qonşuluqda yaşayan Zamiq Ağayev (ad və soyad şərtidir) onu söyüb.

İ.Aslanov qonşuya gedərək ev sahibini çağırıb və onun nə məqsədlə nəvəsini təhqir etdiyini soruşub. Bu vaxt tərəflər arasında mübahisə yaranıb və İ.Aslanov Zamiqi kəllə, yumruq və təpik zərbələri ilə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, hadisəni törətməkdə şübhəli bilinən İ.Aslanov polisə dəvət edilərək izahatı alınıb, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Xəzər Rayon Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İ.Aslanovdan dəymiş ziyana görə 5 min manat təzminat istəsə də, təqsirləndirilən şəxs ona həmin məbləği ödəməyib. Məhkəmənin hökmü ilə İ.Aslanova 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Chosen
28
8
hafta.az

10Sources