EN

Yaşıl mərcimək: Yumurtadan 10, ətdən isə 25 dəfə artıq fayda

Tərkibində yumurtaya nisbətən 10 dəfə çox protein, ətdən isə 25 dəfə çox dəmir olan yaşıl mərcimək, xüsusilə ət yeməyənlər üçün əvəzolunmaz qida hesab olunur.

Bu faydalı məhsul orqanizmin zülal və dəmir ehtiyacını qarşılayır, həzmi yaxşılaşdırır, ürək sağlamlığını qoruyur, dərini canlandırır və diabeti idarə etməyə kömək edir.

Vegetarian və veganlar üçün ideal seçim

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, yaşıl mərcimək tərkibindəki zəngin protein və dəmir sayəsində xüsusilə vegetarian və vegan pəhrizi ilə qidalananlar üçün önəmli bir alternativdir.

Ət yeməyən insanlarda tez-tez rast gəlinən dəmir və zülal çatışmazlığının qarşısını almağa kömək edir. Liflə zəngin olması isə bağırsaqların fəaliyyətini tənzimləyərək qəbizlik problemini aradan qaldırır. Aşağı glisemik indeksi sayəsində qan şəkərini tarazlayır və diabet riskini azaldır.

Ürək və qan dövranı sisteminə güclü dəstək

Yaşıl mərcimək xolesterin səviyyəsini aşağı salaraq ürək-damar sağlamlığını qoruyur. Dəmir və maqneziumla zəngin olması anemiyanın qarşısını alır, sağlam qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. B qrupu vitaminləri isə sinir sistemini gücləndirərək hormonal balansı dəstəkləyir.

Dəri və saçlara təbii gözəllik bəxş edir

Bu yüksək dəyərli qida dəridəki qızartı və qıcıqlanmaları azaldır, yaraların daha tez sağalmasına yardımçı olur. Eyni zamanda saçların parlaq və sağlam görünməsinə töhfə verir. A və B vitaminləri ilə yanaşı yüksək dəmir tərkibi həm daxili, həm də xarici sağlamlıq üçün çox faydalıdır.

Sağlam, dadlı və asan istifadə edilən qida

Asanlıqla bişirilə bilən yaşıl mərcimək həm ləzzətli, həm də faydalı olduğu üçün gündəlik menyunuza rahatlıqla daxil edilə bilər. Sağlam qidalanma tərzini seçən hər kəs üçün süfrədən əskik edilməməlidir.

Chosen
17
6
konkret.az

7Sources