EN

Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün start verilir

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında 2025/2026 mövsümünə bu gün start veriləcək. SİA-nın məlumatına görə, I turun açılış matçında "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gələcək.

Şamaxı şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Misli Premyer Liqası

1-ci dövrə, I tur

15 avqust

17:00. “Karvan-Yevlax” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Şamaxı şəhər stadionu

Qeyd edək ki, turun digər qarşılaşmaları 16, 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
8
sia.az

10Sources