EN

Rusiyanı gözləyən həzin son – Bu əraziləri belə tərk etməli olacaq

  Cənubi Qafqazda güc balansı dəyişir. Regiondan Rusiyanın çəkilməsi ehtimalı və bunun doğura biləcəyi geosiyasi boşluq beynəlxalq maraq dairəsini hərəkətə gətirib. Kreml mövqelərini qorumağa çalışsa da, böyük güclər bu prosesin istiqamətini müəyyən etmək üçün fəal şəkildə səhnədədir. ABŞ və digər təsir mərkəzlərinin addımları, bölgənin gələcək siyasi mənzərəsini formalaşdıracaq əsas amillərdən biri kimi görünür.

Referans xəbər verir ki , Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı rolunun zəifləməsi artıq gözlənilən proses idi:

“2020-ci ildən sonra Moskva yalnız mövqelərini itirir. Azərbaycan–Ermənistan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşma prosesi irəlilədikcə, İrəvanın Rusiyaya, xüsusilə də təhlükəsizlik sahəsində olan ehtiyacı azalacaq. Bu isə Ermənistanın daha müstəqil xarici siyasət yürütməsi üçün imkanlar açacaq.

 
Fərhad Məmmədov

Şübhəsiz ki, hər üç Cənubi Qafqaz ölkəsinin Rusiya ilə müəyyən münasibətləri qalacaq – iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq davam edəcək. Lakin Moskvanın bölgədəki həlledici rolu əvvəlki kimi olmayacaq. Burada əsas məsələ ABŞ-ın istəkləri deyil, məhz region ölkələrinin özünün necə bir gələcək istədiyidir.

Proseslərin gedişi göstərir ki, Cənubi Qafqazda güc mərkəzləri arasında yeni balans formalaşır. Bu balansda Rusiya təsirini itirsə də, tamamilə kənarda qalmayacaq, sadəcə olaraq əsas oyunçu statusunu başqa aktorlarla bölüşməli olacaq”.  

Chosen
14
2
referans.az

3Sources