EN

“Hər iki oyunda “Sabah”dan yaxşı oynadıq”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Levski”nin futbolçusu Raduslav Kirilov Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”a qalib gəldikləri cavab oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, 2:0 hesabıyla bitən matçda komandasının ilk qolunu vuran Kirilov bunları deyib:

“Hədsiz şadam. Pley-off mərhələsinə yüksəlməyi bacardıq. Hər iki oyunda “Sabah”dan yaxşı oynadıq. İlk matçda qazandığımız qələbə bizi rahatlaşdırdı. Cavab oyununda da çox qol vura bilərdik”.

“Sabah” hər iki oyunda bolqarlara uduzub (0:1, 0:2) və mübarizəni dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
futbolpress.az

1Sources