EN

Çin yanvar-iyul aylarında neft hasilatını 1,3%, qaz hasilatını isə 6% artırıb

Çinin enerji sektorunda yanvar-iyul aylarında neft və qaz hasilatında müvafiq olaraq illik 1,3% və 6% artım qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Statistika Bürosu məlumat yayıb.

Göstərilən dövrdə ölkənin neft-qaz şirkətləri tərəfindən 126,6 milyon ton neft və 152,5 milyard kubmetr qaz hasil edilib.

Açıqlanan hesabata görə, iyulda orta gündəlik neft hasilatı 585 min ton, qaz isə 700 milyon kubmetr təşkil edib. Yeddi ay ərzində neft emalının həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 424,68 milyon tona çatıb.

Qeyd olunub ki, Çin 2023-cü ildə neft və qaz idxalını müvafiq olaraq 11% və 9,9% artırıb. 2024-cü ildə bu rəqəmlər 1,8% (212,82 milyon ton) və 6,2% (246,4 milyard kubmetr) artıb.

Chosen
3
2
report.az

3Sources