EN

"Akinak.İşquzqılıncı" tammertrajlı bədii filminin çəkilməsinə sərf ediləcək vəsaitin həcmi açıqlandı

"Akinak.İşquzqılıncı" tammertrajlı bədii filminin istehsalının həyata keçirilməsi xidmətlərinə 1 118 000 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, filmi “Nərimanfilm” MMC çəkəcək.

 

Vəsaiti “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi ödəyəcək.

 

Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 15 Avqust 2025, 08:05   
Chosen
9
pravda.az

1Sources