EN

Suriyadakı yanğın Türkiyə ərazisinə KEÇDİ

Ajans.az xəbər verir ki, bu barədə "NTV" kanalı məlumat yayıb. Yanğın dünən saat 15:30 radələrində Türkiyə-Suriya sərhədinin sıfır nöqtəsində yerləşən Latakiyanın Kesep bölgəsində meşəlik ərazidə baş verib.  Yayladağı Sərhəd Qapısı yaxınlığında baş verən yanğın Hatayın Yayladağı mahalı sakinlərini təşvişə salıb və küləyin yaratdığı alov Türkiyəyə də keçib. Bildirilib ki, Hatayın Yayladağı və Samandağ rayonlarında açıq ərazilər yanır.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Chosen
6
Ajans.az

1Sources