BAKI, 15 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskininin Rusiya və Amerika liderlərinin sammitinin keçiriləcəyi Alyaskaya dəvət edilməməsi onun qeyri-legitimliyi ilə bağlıdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a müsahibəsində bildirib.
“Bu, Zelenskinin Ukrayna xalqının real hisslərini və gözləntilərini əks etdirməyən marionet, qeyri-legitim prezident olması faktının etirafıdır”, - Miroşnik qeyd edib.
Miroşnik hesab edir ki, Zelenskini danışıqlara dəvət etmək mənasızdır, çünki Ukrayna lideri istənilən razılaşmanı pozmağa çalışacaq: “Ona görə də onunla əvvəlcədən danışıqlar formatının yaradılmasının praktiki olaraq heç bir mənası yoxdur – bunlar sırf praqmatik şeylərdir, başqa bir şey deyil”, - deyə səfir əlavə edib.