EN

İsrail qırıcıları Livanın cənubunda 5 bölgəyə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın Litani çayının şimalında, “Hizbullah”ın hərbi obyektlərinin yerləşdiyi ehtimal edilən beş bölgəsinə zərbələr endirib.

“Report”un xəbərinə görə, bu barədə yerli mülki müdafiə xidməti “X”də məlumat yayıb.

Qeyd olunub ki, hava zərbələri Burğuz, Cabbur, Cermak, Əl-Qətraniya və Əl-Mahmudiyyə yaşayış məntəqələrinin kənarında döyüşçülərin hərəkət etdiyi yerləri hədəfə alıb.

Chosen
27
34
report.az

10Sources