EN

Ayı turisti dostunun gözü qarşısında meşəyə çəkib apardı

BAKI, 15 avqust. TELEQRAF

Yaponiyanın Hokkaydo prefekturasında ayı turistə hücum edib.

Teleqraf xəbər verir ki, hadisə iki gəncin Şiretoko yarımadasında yerləşən Rausu vulkanına qalxarkən baş verib.

Onlardan biri polisə zəng edərək yırtıcının dostuna hücum etdiyini və onun gözü qarşısında meşəyə çəkib apardığını bildirib.

Bir neçə saat sonra xilasetmə helikopterləri ərazidən 10 turisti təxliyə edib. Zəng edən şəxs də onların arasında olub, lakin yoldaşının taleyi hələ də məlum deyil.

Qeyd edək ki, Rausu vulkanı YUNESKO-nun Ümumdünya Təbii İrsi siyahısına daxildir və qonur ayıların yaşayış yeri kimi tanınır.

Chosen
6
teleqraf.com

1Sources