EN

Konqresmen: Tramp vaxt qazanmağa çalışır

BAKI, 15 avqust. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşməklə vaxt qazanmağa çalışır.

Teleqraf xəbər verir ki, bu fikri amerikalı konqresmen Mayk Kvigli “Sky News”da çıxışı zamanı ifadə edib.

Onun sözlərinə görə, Putin, hər bir diktator kimi, yalnız güc dilini anlayır. Lakin Kreml rəhbəri Trampda bu bacarığı görmür.

"Niyə Prezident Zelenski orada iştirak etmir? Niyə Tramp altı dedlaynın ötməsinə imkan verdi? Düşünürəm ki, bununla Tramp özünə vaxt qazanmağa çalışır", - o qeyd edib.

Konqresmenin fikrincə, Tramp Rusiya liderinin tərəfinə keçib.

O həmçinin hesab edir ki, ABŞ Prezidenti Putinlə sehrli bir şeyin baş verəcəyinə ümid edir, buna görə də Alyaskada bu sammiti təşkil edib.

"Bu arada ruslar yavaş-yavaş irəliləyir və əlavə ərazilər ələ keçirirlər", - Kvigli əlavə edib.

Chosen
7
teleqraf.com

1Sources