EN

“Putin mənimlə oynaya bilməz” -TRAMPDAN GÖRÜŞQABAĞI SƏRT MESAJ

“Düşünürəm ki, mən prezident olmasaydım, Putin bütün Ukraynanı ələ keçirərdi. Bu, heç vaxt baş verməməli olan müharibədir. Amma mən prezidentəm və o, mənimlə oynaya bilməz”.

 

Senzor.az bildirir ki, bunları ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

O əlavə edib ki, Rusiya lideri ilə planlaşdırılan görüş uğursuz alınarsa, bu, tez başa çatacaq: “Əgər görüş uğurlu olarsa, yaxın gələcəkdə sülhə nail olacağıq”.

 

Trampın sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi gözlənilən idi: “Mənim rəhbərliyimdə belə olmayıb və dörd il ərzində heç müzakirə olunmayıb. Münaqişənin yaxınlaşdığını görürdüm. Gedəndən sonra nə baş verdiyini gördüm. Hamı günahkardır: Putin günahkardır, hamısı günahkardır”.

 

O, həmçinin qeyd edib ki, əgər dedikləri gerçəkləşərsə, son altı ayda “altı müharibəni dayandırmış olacaq”.

 

“Nə olacağını görəcəyik. Düşünürəm ki, Prezident Putin barışacaq. Düşünürəm ki, Prezident Zelenski sülh bağlayacaq”, – deyə ABŞ lideri əlavə edib.

Chosen
47
16
senzor.az

10Sources