EN

Dünyanın ən böyük ətir ixracatçıları

Ətirlərin duyğularımız və xatirələrimizlə xüsusi bağlılığı var. Tanış bir qoxu bizi sakitləşdirə, sevincli hiss etdirə bilər və ya hətta bizə keçmişdən bir anı xatırlada bilər. Bu səbəbdən ətirlər həyatımızda mühüm rol oynayır. Ancaq hər gözəl ətir bacarıq, yaradıcılıq və elmin birləşməsindən yaranır.

Ətir sənayesinin aparıcı ölkələri tədqiqata sərmayə qoyur, yüksək keyfiyyətli inqrediyentlərdən istifadə edir, istehsal və logistikanın hər bir addımını dəqiqləşdirirlər. Bu ölkələrin bəziləri əsrlər boyu sənayeni formalaşdırıb, digərləri isə sürətlə irəliləyişlər edir. Aşağıda dünyanın ən yaxşı ətir ixracatçılarını sadalamışıq:

Meksika

Meksikanın ətir ixracat bazarı son vaxtlar əhəmiyyətli dərəcədə böyüyür, əsas ixrac istiqamətləri ABŞ, Qvatemala və El Salvadordur. 2024-cü ildə ətir ixracından 177 milyon dollar gəlir əldə edilib.

Çin                                          

Çinin böyüməsi həm beynəlxalq, həm də yerli brendləri cəlb edərək, onu qlobal ətir bazarının mühüm hissəsinə çevirib. Ətirlərin beynəlxalq bazarda satışı 2024-cü ildə ölkəyə 509 milyon dollar gəlir gətirib.

Belçika

Belçikada yüksək səviyyəli ətir markaları olmasa da, məşhur istehsalçıları, şüşələri və ətir distribyutorları, eləcə də pərakəndə satıcıları var. 2024-cü il ətir ixracından 528 milyon dollar gəlir əldə edib.

Polşa

Ətirlərlə bağlı Polşa unikal və zəngin ətir kompozisiyaları, eləcə də sərfəli qiymət-keyfiyyət nisbəti ilə dünyanın diqqətini çəkib. Ətirlərin ixracı 2024-cü ildə ölkənin gəlirinə 733 milyon dollar töhfə verib.

Çexiya

Çexiya Polşa, Almaniya və İtaliya kimi ölkələrə əhəmiyyətli tədarüklərlə böyüyən ətir ixracat bazarına malikdir. 2024-cü ildə ətir ixracı ölkə üçün 955 milyon dollar təşkil edib.

Hollandiya

Hollandiyanın ətir sənayesi ildən-ilə böyük artım nümayiş etdirir. 2024-cü ildə ölkənin ətir ixracı bir milyard dollar gəlir gətirib.

Birləşmiş Ərəb Əmirlikləri

BƏƏ-nin iş aparmaq asanlığı və coğrafi mövqeyi onu aparıcı istehsal və ixrac mərkəzinə çevirir. Qlobal bazarda heyrətamiz məbləğdə- 1,2 milyard dollarlıq ətir satıb.

Almaniya

Almaniyanın ətir sənayesi çoxəsrlik texniki bazadan və qabaqcıl innovasiyalardan bəhrələnir. 2024-cü ildə Almaniyanın beynəlxalq ətir satışları 1,61 milyard dollar təşkil edib.

Amerika Birləşmiş Ştatları  

ABŞ ən böyük ətir istehsalçılarından və eyni zamanda ən böyük ixracatçılardan biridir. Təkcə 2024-cü ildə beynəlxalq bazarlarda ətir satışı 2,1 milyard dollar təşkil edib.

İtaliya

İtaliyanın sənayedəki uğuru zəngin sənətkarlıq ənənələri və müasir qlobal ticarətin mükəmməl qarışığından qaynaqlanır. Ölkə 2024-cü ildə ətir ixracından 2,8 milyard dollar gəlir əldə edib.

İspaniya

İspaniyanın ətir sənayesi irsi markalarını, lüks moda etiketlərini və innovativ startapları birləşdirir. Beynəlxalq bazarlara təxminən 4,6 milyard dollarlıq ətir ixrac edir.

Fransa

Fransa dünyanın ən böyük ətir ixracatçısıdır. 2024-cü ildə Fransadan ixrac edilən ətirlərin ümumi dəyəri 8,6 milyard dollar olub.

Nubar Süleymanova, “İki sahil”

Chosen
11
ikisahil.az

1Sources