EN

İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoydy

"ABŞ-ın hücumuna məruz qalan nüvə obyektlərinin təftişinə icazə almaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Tehrana bu yoxlamaların dəqiq necə aparılacağını aydınlaşdırmalıdır".

Publika.az "Tasnim"ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, A

“Reallıq budur ki, müharibədən sonra İranla BAEA arasında münasibətlərdə müəyyən dəyişikliklər olub və nəhayət, nüvə obyektlərimizə hücum edilib və onlar zədələnib. Agentlik hücuma məruz qalan obyektləri necə yoxlayacağını izah etməlidir. BAEA ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, nüvə obyektlərinin təftişinə icazə verməzdən əvvəl onunla əməkdaşlıq üçün yeni çərçivə müəyyən edilməlidir”, - deyə o əlavə edib.

Chosen
3
2
publika.az

3Sources