EN

“İnter” “Roma” ilə danışıq aparır

“İnter” “Roma”nın yarımmüdafiəçisi Kuadio Koneni transfer etmək üçün intensiv danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçunun transferi Milan klubuna təxminən 50 milyon avroya başa gələ bilər.

Xatırladaq ki, Kone 2024-cü ilin yayında “Roma”ya qoşulub. O, bu müddətdə bütün turnirlərdə 45 matçda meydana çıxaraq 2 qol vurub və 3 asist edib.

Futbolçunun “Roma” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

 

Chosen
15
1
idmanxeber.az

2Sources