EN

Rumıniyanın sabiq prezidenti 15 gün ərzində bir milyon avro ödəməlidir

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rumıniyanın keçmiş prezidenti Klaus İohannis Sibiu şəhərində ailəsinin icarəyə götürdüyü daşınmaz əmlakla bağlı məhkəmə işi üzrə təxminən 1 milyon avro ödəməli olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İohannis Sibiuda dövlətə məxsus binanın mülkiyyəti ilə bağlı məhkəmə işini uduzub. İohannis ailəsinin geri qaytarmalı olduğu məbləğin 300 000 avrosu 17 il müddətinə binaların icarəsindən əldə olunan gəlirdir. Lakin bütün cərimələr və faizlərlə bu məbləğ az qala bir milyon avroya çatıb.

Göstərilən məbləğin könüllü ödənilməsi üçün 15 gün müddət verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
132
50
oxu.az

10Sources