EN

Tramp Putinlə görüşün uğurlu olma ehtimalını qiymətləndirib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada keçiriləcək görüşün uğurlu olma ehtimalını 75% səviyyəsində qiymətləndirib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, bu barədə "Fox News" radiosuna müsahibəsində bildirib.

Aparıcı Trampdan Putinlə danışıqlardan sonra məyusluq şanslarını qiymətləndirməsini istəyib. Tramp belə bir ssenarinin baş vermə ehtimalının 25% olduğunu bildirib.

"Bu, şahmat oyununa bənzəyir. Bu görüş ikinci görüşə hazırlıq rolunu oynayır. Amma bu görüşün uğurlu alınmaması ehtimalı 25 faizdir", - Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov görüşdən sonra hər hansı bir sənədin imzalanmasının nəzərdə tutulmadığını vurğulayıb.

Chosen
6
1
far.az

2Sources