EN

Pəhriz saxlayanların ən çox etdiyi səhv

Hətta sağlam pəhriz saxlanıldığı halda belə, tərkibi fabrik istehsalı şirniyyatlar, hazır məhsullar və ət qəlyanaltıları ilə zəngin olan qidalanma rasionu çəki itirməyə mane ola bilər.

BAKU.WS xəbər verirv ki, bu nəticəyə Böyük Britaniya alimləri gəliblər. Araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.

Eksperimentdə 55 yetkin iştirak edib. Onlar səkkiz həftə ərzində əsasən minimal emaldan keçmiş məhsullarla, daha sonra isə eyni müddət ərzində yüksək dərəcədə emal olunmuş məhsullarla (UPF) qidalanıblar. Adətən belə qidalara hazır məhsulun daha uzun müddət saxlanması, dadının və görünüşünün cəlbedici olması üçün boyalar, emulqatorlar, stabilizatorlar və ətirlər (aromatik maddələr) əlavə olunur.

Hər iki pəhriz növündə zülal, yağ və karbohidrat nisbəti eyni olub. İştirakçılara hazır yeməklər çatdırılıb, lakin porsiya ölçüsünü və yemək vaxtını özləri müəyyən ediblər.

Nəticələr göstərib ki, minimal emaldan keçmiş məhsullar istehlak edən iştirakçılar orta hesabla 1,84 kq, UPF pəhrizində olanlar isə 0,88 kq arıqlayıb. Yalnız birinci qrupda ümumi piy kütləsinin azalması və daxili orqanları əhatə edən visseral yağın həcminin kiçilməsi müşahidə olunub. Bundan əlavə, UPF olmayan pəhrizdə iştirak edənlərdə yemək istəyi və qəlyanaltı meyli azalıb.

Bu təsirin dəqiq səbəbləri hələ müəyyən edilməyib. Alimlər ehtimal edirlər ki, UPF-lər quruluş və teksturasına görə daha asan həzm olunur, bu isə toxluq hissinin yaranmasına mane olur. Bundan başqa, əlavə maddələr, istiliklə emal xüsusiyyətləri və bağırsaq mikrobiotasına təsir də mühüm rol oynaya bilər.

Chosen
4
2
far.az

3Sources