Dövlətimizin başçısı, həmçinin Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb. Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - deyə Prezident İlham Əliyev əlavə edib.\APA
Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev müsahibəsində deyib: “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq”.