EN

Bu ölkədə 6,2 bal gücündə zəlzələ baş verdi

Solomon adalarında Santa Kruz arxipelaqının sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Vanuatu Respublikasına aid olan və təxminən 1,1 min insanın yaşadığı Sola şəhərindən 289 km şimal-qərbdə, ocağı təxminən 53 km dərinlikdə yerləşib.

Chosen
38
8
publika.az

9Sources