EN

“Araz Naxçıvan” yenə böyük hesabla məğlub oldu - VİDEO

Bu gün “Araz-Naxçıvan” UEFA Konfrans Liqasında növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprdə “Omoniya”nın qonağı olub.

Evdə 0:4 hesabı ilə uduzan Elmar Baxşıyevin komandası səfərdə də rəqibə ciddi müqavimət göstərə bilməyib. "Omoniya" qarşılaşmanın birinci hissəsində “Araz-Naxçıvan”ın qapısından 5 top keçirib. Fasilədən sonra oyun formal xarakter daşıyıb və təmsilçimiz iki görüşün nəticəsinə görə 0:9 hesabı ilə uduzub.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

14 avqust

21:00. “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan) - 5:0

Qollar: Semedo, 9. Yovetiç, 23. Evandro, 31; 45+4. Musyalovski, 79







Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
37
50
bizim.media

10Sources