EN

Levski nin baş məşqçisi: Əminəm ki, Sabah ın transfer bazarında xüsusi çəkisi var

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Sabah" bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın "Levski" klubuna 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Levski"nin baş məşqçisi Xose Velaskes jurnalistlərin suallarını cavablandırıb:

"Nəticəyə görə özümü xoşbəxt hiss edirəm. Komandam ilk dəqiqələrdən tapşırığı yerinə yetrdi. Evdə qazandığımız hesabı qorumaq haqda fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. Komandamla fəxr edirəm. Çətin oyun oldu. Rəqib keyfiyyətli oyunçulardan təşkil edilib. İndividual ustalığa görə, çətinlik yaratdılar. Amma biz pleyf-offdayıq".

- Komanda Bolqarıstandakı ilə müqayisədə, Bakıda daha rahat görünürdü. Fərq nə idi?

- Heyətə baxsaq, yalnız bir oyunçu dəyişikliyi olmuşdu. Sanqare yox idi. Amma ümumilikdə niyə rahat görünürdük? Futbolçular bilirdilər ki, meydanda nəyi etməlidirlər. Mənim qoyduğum tapşırıqları fədakarcasına və yüksək keyfiyyətlə yerinə yetirdiyi üçün komandam daha rahat görünürdü.

- "Sabah"ın heyətində hansısa futbolçunu xüsusi dəyərləndirərdiniz?

- "Sabah"ın yaxşı baş məşqçisi var. Fərdi olaraq hansısa oyunçuları fərqləndirməyi xoşlamıram. Zedadka İspaniyada mənim oyunçum olub. Digər fərdi ustalığı olan oyunçular da var. "Sabah"ın baş məşqçisinə bu cür komanda yaratdığı üçün təşəkkür düşür. Əminəm ki, klubun transfer bazarında xüsusi çəkisi var.

Mirbağırağa

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
5
sportal.az

6Sources