EN

Yaycılıların “Sirab Logistics” şirkətinə gecikmiş vergi hesabatına görə sanksiya tətbiq edilib

“Sirab Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə vergi hesabatını vaxtında təqdim etməyib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, bunun üçün 1 hal üzrə 40 manat maliyyə sanksiyası alıb.

Şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Ərşad Quluyev Aslan oğludur. Hüquqi ünvanı AZ6700, Babək rayonu, Sirabdır.

Xatırladaq ki, eyni ünvana malik olan “Sirab Satış və Dağıtım” MMC-dir. “Sirab Satış və Dağıtım” MMC-nin nizamnamə kapitalı 1 milyon 400 min 10 manatdır və qanuni təmsilçisi Mehmet Alper Yaycılıdır. Mehmet Alper Yaycılı Türkiyədə tanınmış iş adamlarından biridir, şirkətin əsası İğdırda qoyulub və “Yaycılı Qardaşları” adı ilə tanınır.

Chosen
13
1
nocomment.az

2Sources