EN

"Levski"nin baş məşqçisi: Burada da qələbə qazanmaq istəyirdik

BAKI. 14 avqust. TELEQRAF

“Nəticəyə görə xoşbəxtəm".

Teleqraf xəbər verir ki, bunu Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes Bakıda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssisin sözlərinə görə, komandası ilk dəqiqələrdən tapşırıqları yerinə yetirib: "Birinci oyundakı nəticəni fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. “Sabah” fərdi olaraq keyfiyyətli oyunçulardan təşkil olunub, bizə çətinliklər yaratdılar. Amma sonda qələbə qazandıq".

Chosen
21
teleqraf.com

1Sources