EN

BMT Tramp və Putin arasındakı danışıqların nəticəsini izləyəcək

BMT ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında gözlənilən görüşü alqışlayır və əsas mövzusunun Ukraynadakı münaqişənin həlli olacağı gözlənilən danışıqların nəticəsini izləyəcək...

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

“Biz Təhlükəsizlik Şurasının iki daimi üzvü arasında ən yüksək səviyyədə dialoqu alqışlayırıq, gündəmdə çoxlu məsələlər var. Biz, şübhəsiz ki, bu görüşü və ondan nəticəsini izləyirik”, - deyə o əlavə edib.

Qeyd edək ki, RusiyaABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaska görüşü avqustun 15-də yerli vaxtla saat 11:30 radələrində (Bakı vaxtı ilə saat 23:30) keçiriləcək.

Poliqon.info 

Chosen
4
3
poliqon.info

4Sources