News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.
İngiltərənin Warwick Universiteti və Almaniyanın Bielefeld Universiteti alimləri maraqlı bir tədqiqat aparıb. Onlar 200-dən çox gəncin məlumatlarını izləyərək, qəhvənin hansı saatlarda insanı daha xoşbəxt etdiyini araşdırıblar.
News24.az xəbər verir ki, araşdırmanın nəticəsinə görə, yuxudan oyandıqdan sonra ilk 2,5 saat ərzində içilən qəhvə insanların əhvalını nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.
Səhər saatlarında içilən qəhvə beyindəki adenosin reseptorlarını bloklayaraq yuxu hissini azaldır, dolaylı yolla dopamin səviyyəsini artırır və ruh halını yüksəldir.
Günortadan sonra içilən qəhvənin də oxşar təsiri olsa da, bu təsir daha zəif olur.
Alimlər bildirirlər ki, təzə dəmlənmiş qəhvənin ətri, sevimli fincanda içilməsi və ilk qurtumun verdiyi hiss də xoşbəxtlikdə mühüm rol oynayır.
Bielefeld Universitetindən Justin Hachenberger qeyd edib ki, dünya əhalisinin təxminən 80 faizi kafein istifadə edir. Onun sözlərinə görə, kafeinin populyarlığı yalnız oyanıqlığı artırmasından deyil, həm də ruh halını yaxşılaşdırmasından qaynaqlanır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.