EN

“Sabah” Konfrans Liqasından kənar qaldı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Sabah” klubu Bolqarıstanın “Levski” komandası ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda keçirilən matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

“Levski”nin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər. Beləliklə, "bayquşlar" Konfrans Liqasında mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, səfərdəki ilk qarşılaşmada Bolqarıstan təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

Chosen
20
5
90deqiqe.az

8Sources