EN

Şəxsən özü istəyir ki... Bazar dəyəri 15 milyon avrodur

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna məxsus olan portuqaliyalı yarımmüdafiəçi Otavio çıxışını İspaniya La Liqasında davam etdirə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçuya “Atletiko” maraq göstərir.

Madrid klubunun baş məşqçisi Dieqo Simeone şəxsi təşəbbüsü ilə Otavionu komandaya cəlb etməyə çalışır.

Otavionun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 15 milyon avrodur.

O, son mövsümdə 40 oyunda çıxış edib, 1 qol vurub və 8 məhsuldar ötürmə verib.

Chosen
26
sportinfo.az

1Sources