“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını “Real Madrid” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, Madrid təmsilçisi ingilis futbolçunun keçidi üçün London klubu ilə ilkin danışıqlara başlayıb.
“Real” rəhbərliyi Toni Kroosun ötən il komandadan ayrılmasının ardından onun yerini doldura biləcək yeni oyunçu axtarır. Məhz bu səbəbdən 21 yaşlı futbolçu onların diqqət mərkəzinə düşüb.
Lakin “Kristal Pelas” gənc yarımmüdafiəçini satmaq niyyətində deyil. Futbolçunun özü də hələlik İngiltərədən kənara çıxmaq istəmir.
Keçən mövsüm Uorton “Kristal Pelas”ın əsas fiqurlarından birinə çevrilib. O, bütün turnirlərdə 27 oyunda meydana çıxıb və 2 qol ötürməsi ilə yadda qalıb. İngilis futbolçunun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.