EN

Pakistan raket qoşunları yaradacaq

Pakistan Silahlı Qüvvələrinin tərkibində raket qoşunlarının formalaşdırılması planlaşdırılır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif açıqlama verib.

  

Onun sözlərinə görə, yeni qoşunlar müharibə şəraitində silahlı qüvvələrin döyüş imkanlarını artıracaq və müasir texnika ilə təchiz olunacaq.

 

Ş.Şərif əlavə edib ki, bu qüvvələr Pakistan ordusunun döyüş qabiliyyətinin gücləndirilməsində mühüm mərhələ olacaq.

 

Öz növbəsində, təhlükəsizlik xidmətinin yüksək rütbəli əməkdaşı bildirib ki, raket qoşunlarının öz komandanlığı olacaq. Bu komandanlıq müharibə şəraitində onların idarə edilməsi və yerləşdirilməsinə cavabdeh olacaq. Həmin əməkdaş onu da vurğulayıb ki, yeni qoşun növü daha çox Hindistan üçün nəzərdə tutulub.

Chosen
8
4
senzor.az

5Sources