EN

"Sabah"ı buna məcbur etdilər"

Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov Sportinfo.az-a açıqlama verib.

Təcrübəli mütəxəssis "Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Levski"yə məğlubiyyətini (0:1) şərh edib:

"Sabah" oyuna yaxşı hazırlaşmışdı. Görünən odur ki, rəqibi yaxşı analiz etmişdilər.

İlk dəqiqələrdən təşəbbüsü ələ almağa, səfərdə pressinq etməyə çalışdılar. Bunun sayəsində ilk dəqiqələr təzyiq edirdilər. Birinci yarıda "Sabah" daha yaxşı görünürdü.

İkinci yarıda oyunun ssenarisi dəyişdi. "Sabah" müdafiədən oynadı. Bəlkə də rəqib buna məcbur etdi. Bundan azarkeşlərin təsiri oldu.

Güclü azarkeş dəstəyi vardı. Sona qədər məcbur etdilər ki, "Levski" hücuma gedib, qələbə qolunu vursun.

Necə ki, yekunda istəklərinə çatdılar. Ümumi baxası olsaq, "Sabah" yaxşı təsir bağışladı".

Əsədov yekunda qısaca təmsilçimizin cavab görüşü öncəsi şanslarını da dəyərləndirib:

"Şanslar bərabərdir. Məğlubiyyətə rəğmən evdə "Sabah"ın şansları var".

XANOĞLAN

Chosen
6
sportinfo.az

1Sources