EN

Azərbaycan Ordusunun rabitə ixtisaslı zabitləri ilə təlim-metodiki toplanış keçirilib (FOTO)

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşunnövü, birlik, birləşmə və hərbi hissələrinin, həmçinin MilliMüdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusitəyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitlərininiştirakı ilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan Ordusunda rabitəhissə və bölmələrinin fəaliyyətinin, qoşunlar arasında vahid rabitəvə idarəetmə sistemlərinin işinin, həmçinin rabitə ixtisaslızabitlərin peşə hazırlıqlarının yüksəldilməsi məqsədilə keçiriləntoplanışda rabitə sahəsində mövcud olan yeniliklər barədəiştirakçılar məlumatlandırılıb.

Təlim-metodiki toplanış çərçivəsində müxtəlif tipli müasirradiostansiyaların imkan və qabiliyyətləri, radiokommunikasiyasistemində tətbiqi və inkişaf perspektivləri, peyk rabitəsinin vəkommunikasiya fəaliyyətinin təşkili mövzusunda təqdimatlarverilib.

Qoşunlarda istismara yeni qəbul edilmiş idarəetmə sistemləri,rabitə qurğuları, radiostansiyalar, rəqəmsal texnologiya, müasirməlumatötürmə proqramlarının inkişaf istiqamətləri,kibertəhlükəsizliyin təşkili və kibergigiyena qaydaları haqqındanümayiş olunan təqdimatlar ixtisasçı zabitlər tərəfindən maraqlaqarşılanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, praktiktövsiyələr verilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
4
14
az.trend.az

10Sources