EN

Ərdoğan Rütte ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, söhbət əsnasında Ukrayna–Rusiya müharibəsindəki son inkişaflar, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan, Türkiyənin Ukrayna ilə Rusiya arasında daimi atəşkəsin təmin olunması məqsədilə başlanan İstanbul danışıqlarında irəliləyiş əldə olunduğunu qeyd edərək, bu prosesin humanitar mövzular üzrə də müsbət nəticələrə şərait yaratmasının vacibliyini vurğulayıb.

Rütte isə, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçiriləcək sammit ərəfəsində Ukraynadakı son vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

Ərdoğan, Türkiyənin Alyaskada baş tutacaq görüşü yaxından izlədiyini bildirib.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

Chosen
45
50
turkic.world

10Sources