EN

Vladimir Solovyovdan daha bir sərsəm fikir - VİDEO

Artıq uzun illərdir, ermənipərəst mövqe tutan bədnam rusiyalı təbliğatçı Vladimir Solovyov bu dəfə bir qədər də irəli gedərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

Moderator.az xəbər verir ki, o, Rusiyanın dövlət radiosu olan "Vesti FM"də apardığı "Polnıy kontakt" verilişində millətlərarası ədavəti qızışdıran, nifrət dolu fikirlərlə, faktiki olaraq terrorizmə çağırış edib.

V.Solovyov çıxışında qeyd edib ki, Azərbaycanla Rusiyanın 300 km-dən çox sərhədi var.

"Azərbaycan bizimlə müharibə etmək istəyirsə, buyurub, etsin. Xatırlatmaq istəyirəm ki, bu ərazidə ləzgilər yaşayırlar. Azərbaycanda ləzgilərin vəziyyəti yaxşı deyil, amma Dağıstanda çoxlu ləzgi yaşayır və onlara münasibət hörmət çərçivəsindədir. Biz isə Azərbaycanda ləzgilərin hüquqları uğrunda mübarizə apara və ləzgi hərəkatını tam dəstəkləyə bilərik. Çünki özlərini çox pis hiss edirlər. Ümumiyyətlə, kim deyib ki, Azərbaycan vahiddir? Kim deyib ki, Azərbaycanın sərhədləri dəyişməzdir?" - Kremlin təbliğat ruporu bildirib.

Xatırladaq ki, bundan bir müddət öncə Vladimir Solovyov aparıcısı olduğu "Voskresnı veçer" ("Bazar axşamı") verilişində isterik şəkildə qonşu ölkələri "xüsusi hərbi əməliyyat"la hədələmişdi.

"Biz başa düşməliyik ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir və elə vəziyyət yarana bilər ki, orada tezliklə NATO bazaları peyda ola bilər. Vəziyyət o qədər təhlükəlidir ki, geosiyasi mövqeləri nəzərə alsaq, bu, elə nəticələrə gətirib çıxara bilər ki, bu, bizim nəslin sonuncu "xüsusi hərbi əməliyyat"ı olmaya bilər", - deyə V.Solovyov sərsəmləmişdi.

Chosen
42
moderator.az

1Sources