EN

ABŞ PKK/YPG-nin müdafiəsindən çəkildi - Türkiyə və Suriya terrorçuları bitirmək üçün hərəkətə keçir...


ABŞ və Türkiyənin PKK/YPG terror təşkilatının onurğa sütunu olan SDG yaraqlılarına Dəməşqlə inteqrasiyasını sürətləndirmək üçün verdiyi 30 günlük müddət sona yaxınlaşır. Müddətin bitməsinə qarşı sayılı gnlər qalmasına baxmayaraq terrorçular işğalı davam etdirir, bölgədə gərginlik də yüksəlir.

Məlumatlara görə, Suriya ordusu YPG/SDQ terrorçularının mövqelərini darmadağın etmək üçün hazırlıqlarını yekunlaşdırıb.

Bu arada, ABŞ rəsmiləri hərbi müdaxilə başlayacağı halda YPG qüvvələrinə dəstək verməyəcəklərini bəyan ediblər. “Middle East Eye” nəşrinin məlumatına görə, ABŞ rəsmiləri terrorçu liderlərə xəbərdarlıq ediblər ki, Dəməşq hərbi əməliyyata başlayacağı təqdirdə beynəlxalq koalisiya YPG-ni müdafiə etməyəcək. ABŞ-ın bu yeni xəbərdarlığı 30 günlük müddətin bitməsinə sayılı günlər qalmış gəlib.

Bildirilir ki, 10 mart müqaviləsi təsdiq edilmədiyi təqdirdə Dəməşq hücuma başlasa ABŞ-ın onları müdafiə etməyəcəyi terrorçu liderlərə çatdırılıb.

Bu arada, Türkiyənin bu potensial əməliyyatda birbaşa iştirak etməyəcəyi, Suriya ordusuna dolayı dəstək verəcəyi iddia edilib. Təhlükəsizlik mənbələri Türkiyənin SDQ-yə birbaşa müdaxilə etməyəcəyini, lakin Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusunun həyata keçirəcəyi məhdud əməliyyata dolayı dəstək verə biləcəyini bildirib.

Mənbələr əlavə edib ki, əməliyyata hazırlıq artıq başa çatıb.

Mənbələrin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin sərhəddə yerləşdirilməsi də mümkün Suriya əməliyyatına dəstək vermək məqsədi daşıyır.

TAHİR

Chosen
58
9
baki-xeber.com

10Sources